USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnflyasiyadan qaçan türklər kriptovalyutaya sığındılar

02.05.2023 İqtisadiyyat
8 0
GWI-nin hesabatına görə, Türkiyə və Argentinada insanlar yüksək inflyasiyadan və ucuzlaşan yerli valyutalardan xilas olmaq üçün rəqəmsal valyutalara üz tuturlar.

Kommersant.az xəbər verir ki, Türkiyə və Argentinada yaşayan, inflyasiyadan xilas olmaq istəyən insanlar rəqəmsal valyutalara sığınır.

GWI araşdırma şirkətinin məlumatlarına görə, Türkiyədə rəqəmsal valyuta sahibliyi 27,1% ilə dünyada ən yüksək olub. Türkiyəni 23,5 faizlə Argentina izləyir.

Araşdırmada kriptovalyutaların sahiblik nisbəti ən yüksək olan iki ölkənin ortaq nöqtələrinə diqqət çəkilib. Türkiyə ilə Argentinanın ortaq nöqtəsi yüksək inflyasiya və devalvasiyaya uğramış valyutalardır.

Xüsusilə Argentinada yerli valyutanın dollara görə dəyərinin qara bazar olması ölkədə yaşayan vətəndaşları kriptovalyutalara yönləndirən amillərdəndir. Argentina pesosu qara bazarda 1 dollar üçün 464 civarında satılır ki, bu da 222 rəsmi məzənnədən iki dəfə çoxdur.