USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir - VİDEO

24.06.2023 İqtisadiyyat
24 7
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, tikilən tunellərin sırasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tuneli var.

Bundan başqa, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 032,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 926,97 metr olan 5 avtomobil tuneli, Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.

  • Əvvəlki

    Ermənilər Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub

Digər xəbərlər