USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilər Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub

24.06.2023 Siyasət
28 1
İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.