USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED uçot dərəcəsini 25 bənd artırıb

26.07.2023 İqtisadiyyat
25 10
ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb. FED siyasət faizini 25 bənd artırıb.

Kommersant.az xəbər verir ki, iyul ayında FED-in faiz qərarı toplantısı üçün bazarların həyəcanlı gözləntisi sona çatdı. FED nəhayət faiz qərarını açıqladı. FED siyasət faizini gözləntilərə uyğun olaraq 25 bənd artırıb. Faiz qərarı yekdilliklə qəbul edilib.

Beləliklə, 2022-ci ildən bəri faiz dərəcələri 11-ci dəfə artırılıb. Bu, son 22 ilin ən yüksək səviyyəsinə çatıb. Qərarın mətnində inflyasiyanın azaldılması məqsədilə əlavə sərtləşdirmə tədbirinin qiymətləndiriləcəyi bildirilib.

Fed siyasət faizini 25 bənd artıraraq 5,25-5,50 faiz aralığına çatdırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri ən yüksək həddə qalxıb.

  • Əvvəlki

    İtkiyə gedən suyun qarşısını necə almaq olar? - TƏKLİF

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0