USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazın limitində dəyişiklik edilə bilər - Necə olacaq?

12.10.2023 İqtisadiyyat
0 0
Payız-qış mövsümünün başlanması ilə qaza olan təlabat da artmağa başlayıb. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. Artıq bir neçə gündür sosial şəbəkədə qaza tətbiq edilən limitin artırılacağı ilə bağlı məlumtlar paylaşılır.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qaza tətbiq edilən limitin miqdarında dəyişiklik edilə bilər.

"İndiki vəziyyətdə reallıq budur ki, qaz limitinin götürülməsi mümkün görünmür. Bu gün belə bir qərar verilməsi gözlənilən deyil. Amma bununla bağlı hər hansısa bir təşəbbüs olarsa, o zaman, böyük ehtimalla, qiymətlərdə artım olacaq. Bütün hallarda satılan müəyyən həcmdə qazdan müəyyən bir vəsait yığmaq öhdəliyi var. Bu öhdəlik hansısa formada yerinə yetirilməlidir. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə ekspert bildirib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 61%), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7%) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3%) qazdan istifadə edib.

qaz
  • Əvvəlki

    Asiya İnkişaf Bankı və Bank Respublika arasında iri həcmli kredit sazişi imzalandı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0