USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da inflyasiya sürpriz etdi

12.10.2023 İqtisadiyyat
0 0
Bazarın gözləntilərinin əksinə olaraq ABŞ-da istehlak inflyasiyası əvvəlki ayda azalmamış və artım tempini qoruyub saxlamışdır. Sentyabrda ölkədə inflyasiya 0,4 faiz artarkən göstəricilər illik bazda 3,7 faiz olub. Bazar gözləntisi inflyasiyanın aylıq 0,3 faizə, illik bazda isə 3,6 faizə düşəcəyi idi.

ABŞ Əmək Departamentinin məlumatlarına görə, istehlak qiymətləri sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə yüzdə 3,7 artıb. Bazar gözləntisi, əvvəlki ayda yüzdə 3,7 olan inflyasiyanın yüzdə 3,6-ya enəcəyi idi.

Aylıq bazda istehlak qiymətlərində yüzdə 0,4 ilə gözləntilərin üzərində artım qeydə alınıb. Bazarlar artımın yüzdə 0,3 civarında olacağını gözləyirdilər.

Ərzaq və enerji istisna olmaqla hesablanan baza inflyasiyası aylıq 0,3 faiz, illik isə 4,1 faiz artıb. Analitiklər baza inflyasiyanın aylıq 0,3 faiz, illik isə 4,1 faiz artacağını bəyan etmişdilər. Baza inflyasiyanın əvvəlki artım tempi 4,3 faiz idi.

Ölkədə enerji qiymətləri aylıq 1,5 faiz artarkən, illik eniş sürəti 0,5 faizə çatıb. Ərzaq qiymətləri aylıq 0,2 faiz, illik 3,7 faiz artıb.

Real orta həftəlik qazanc sentyabr ayında yüzdə 0,2 azalıb.

  • Əvvəlki

    Qazın limitində dəyişiklik edilə bilər - Necə olacaq?

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0