USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Apple-ın yeni smart saatlarının satışını qadağan edib

27.12.2023 İqtisadiyyat
0 0
Apple-ın ən yeni ağıllı saatları olan Apple Watch Ultra 2 və Apple Watch Series 9-un ABŞ-da satışı qadağan edilib. ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamada xatırladılıb ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə məxsus iki patenti pozduğunu müəyyən edib.

Apple-ın ən yeni ağıllı saatları olan Apple Watch Ultra 2 və Apple Watch Series 9-un ABŞ-da satışı qadağan edilib.

ABŞ Beynəlxalq Ticarət Komissiyasının Oktyabr ayında tibbi monitorinq texnologiyası şirkəti Masimo-nun şikayətindən sonra Apple-a sözügedən ağıllı saatların idxalını və satışını dayandırmağı əmr edən qərara ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymayıb.

Dekabrın 25-nə qədər veto müddəti olan Bayden administrasiyası qərara veto qoymadığından, Apple-ın ən yeni ağıllı saat modelləri Apple Watch Ultra 2 və Watch Series 9-un ölkədə satışı qadağan edilib.

ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamada xatırladılıb ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə məxsus iki patenti pozduğunu müəyyən edib.

Açıqlamada, diqqətli məsləhətləşmələrdən sonra ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarının ləğv olunmayacağına qərar verildiyi və sözügedən qərarın bu gündən etibarən yekunlaşdığı bildirilib.

Apple qərardan ABŞ Federal Apellyasiya Məhkəməsinə şikayət edib. Qərarın dayandırılmasını tələb edən Apple, yanvarın 12-dək saatların yenidən dizayn edilmiş versiyalarının Masimonun patentlərini pozub-pozmadığına qərar verəcək ABŞ Gömrük və Sərhəd Mühafizəsinin qiymətləndirməsini gözləməyi istəyib.