USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Gürcüstanda yeni qazpaylayıcı şəbəkələr alıb

22.07.2018 İqtisadiyyat
0 0
"SOCAR Georgia Gas" Gürcüstanın regionlarını əhatə edən uzunluğu 594 min poqonometr olan qazpaylayıcı şəbəkələrə sahib olub.

"Kommersant" Trend-ə istinadən bildirir ki, Gürcüstan hökumətinin rəsmi saytında verilən məlumata görə, qazpaylayıcının ümumi dəyəri 21,3 milyon lari (9,5 milyon dollar) təşkil edir.
Qazpaylayıcı şəbəkələr SOCAR Georgia Gas Kasp, Qardaban, Zestafon, Zuqdidi, Ozurqet, Laqodexi, Axmet və On bələdiyyələrini əhatə edir.
"Gürcüstanda qazpaylayıcı şəbəkəni nəinki biz, eləcə də dövlət tikir. SOCAR dövlətdən şəbəkəni ödəniş möhləti almaqla istehsal xərcləri ilə birgə alır və davam olaraq şəbəkəni işə qoşur. İndiyə qədər ödəniş möhləti ilə 40 milyon lariyə yaxın şəbəkə almışıq", - Bunu Trend-ə özəl olaraq SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədov deyib.
Hazırki razılaşmanın şərtlərinə görə, 21,3 milyon lari 48 ay ərzində, bu məbləğin 8,5 milyon lari hissəsi isə 36 aya ödənilməlidir.

  • Əvvəlki

    Çexiyadan məhsul idxalı 5 dəfəyədək artıb

Digər xəbərlər