USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gədəbəyin üç kəndində modul tipli məktəb quraşdırılacaq

25.07.2018 İqtisadiyyat
0 0
Bu il Gədəbəy rayonunun Talakənd, Dördlər və Əyrivəng kəndlərində modul tipli məktəblər quraşdırılacaq.

"Kommersant"ın xəbərinə görə, Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 2018-ci il 5 aprel tarixli Sərəncamına əsasən yerinə yetiriləcək.
Hazırda rayonda 83 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Başa çatmış tədris ilində rayon üzrə 10 min 440 nəfər şagirdin təhsili və təlim-tərbiyəsi ilə 1570 nəfər pedaqoji işçi məşğul olub.
Bu il ümumtəhsil məktəblərinin 9-cu sinfini 840 nəfər,11-ci siniflərini isə 728 nəfər bitirib.

  • Əvvəlki

    Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb

Digər xəbərlər

30.11.2023 İqtisadiyyat
Təbii qazın dekabr tarifi dəyişməyib
0 0
30.11.2023 İqtisadiyyat
Lirə daha da ucuzlaşdı
0 0
30.11.2023 İqtisadiyyat
Dünyanın ən bahalı şəhərləri
0 0