USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozona iqtisadiyyatı birinci rübdə yüzdə 0,4 böyüdü

30.04.2025 İqtisadiyyat
0 0
Avrozona iqtisadiyyatı ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz artıb. Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük 0,2 faiz, illik isə 1 faiz artması ilə bağlı idi. Elan edilmiş məlumatların bazar gözləntilərindən yüksək olması diqqətəlayiq idi.

Avropa Statistika İdarəsi (Avrostat) ilin birinci rübü üzrə Avropa İttifaqı (Aİ) və Avrozona ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) üzrə ilkin məlumatları açıqlayıb.

Məlumata görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2025-ci ilin birinci rübündə ötən ilin son rübünə nisbətən 0,4 faiz artıb. Avrozonada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ilin birinci rübündə 1,2 faiz artıb.

Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük 0,2 faiz, illik isə 1 faiz artması ilə bağlı idi. Elan edilmiş məlumatların bazar gözləntilərindən yüksək olması diqqətəlayiq idi.

Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin birinci rübündə rüblə müqayisədə 0,3 faiz, illik müqayisədə isə 1,4 faiz artıb.

ÜDM əvvəlki rüblə müqayisədə birinci rübdə Almaniyada 0,2, Fransada 0,1, İtaliyada 0,3, İspaniyada isə 0,6 faiz artıb.

  • Əvvəlki

    Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17%-ə yaxın artıb

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Asiya fond bazarları qarışıqdır
0 0
11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0