USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan ABŞ-a müraciət

02.08.2018 İqtisadiyyat
0 0
“Hörmətli Trump...”

"Kommersant.az" xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat rəsmi "Twitter" hesabında ABŞ prezidenti Donald Trumpa müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Hörmətli Trump, İran hökumətinin "yaşıl kart"a sahib olanlar və onların qohumları da daxil olmaqla bütün təmsilçilərinin adlarını və ABŞ banklarındakı hesablarının siyahısını bizə təqdim edəsiniz".

Qeyd edək ki, Mahmud Əhmədinejat bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinə gedərək İrandakı mövcud vəziyyətə etiraz etsə də, onun müraciətinə hələ də cavab verilməyib.