USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB "Capital Partners İnvestisiya Şirkəti"nə xəbərdarlıq edib

25.08.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Capital Partners İnvestisiya Şirkəti" QSC-yə xəbərdarlıq edilib.

Bu barədə Kommersant.az AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində "Capital Partners İnvestisiya Şirkəti" QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib", - deyə məlumatda vurğulanıb.

  • Əvvəlki

    İrlandiya Azərbaycandan neft alışını artırıb

Digər xəbərlər