“Level Leasing” ASC 2025-ci ilin 1-ci yarım ilini 263 min manat mənfəətlə başa vurub. 2024-cü ilin eyni dövründə şirkətin mənfəəti 522 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın azalmadır.
Kommersant.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Bu ilin 6 ayında “Level Leasing” ASC-nin faiz gəlirləri 1 milyon 197 min manat, faiz xərci 608 min manat, komissiya gəlirləri 18 min manat təşkil edib.
Hesabat dövründə lizinq şirkətinin cəmi aktivləri 9 milyon 902 min manat, cəmi öhdəlikləri 8 milyon 821 min manat, kapitalı isə 1 milyon 81 min manat olub.
“Level Leasing”in 52% рауçı Qarayeva Mənzər İsrail qızı -1 092 000 ədəd səhmə, 38% рауçı- “Hermes Finance” ASC 798 000 ədəd səhmə, 10% рауçı Məmmədova Rəqsanə Abdulla qızı 210 000 ədəd səhmə sahibdir.