USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Çinə ildə 106 milyard kubmetr qaz tədarük edəcək

04.09.2025 İqtisadiyyat
0 0
Rusiya Çinlə təbii qaz tədarükü müqaviləsini açıqlayıb. Rusiyanın energetika naziri Sergey Tsivilev qeyd edib ki, daşınma Avropanı təchiz etmək üçün əhəmiyyətli alternativdir. İki ölkə neftlə bağlı da razılığa gəlib.

Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib ki, sazişlər Çinə illik 106 milyard kubmetr Rusiya təbii qazının nəqlini nəzərdə tutur.

Nazir Tsivilev əlavə edib ki, bu həcm Avropaya daşımalara əhəmiyyətli alternativ yaradacaq.

Neft razılaşması da əldə olunub

Tsivilev Rusiyanın dövlət televiziyası "Rossiya-24"ə Rusiya prezidenti Vladimir Putinin Çinə dörd günlük səfəri zamanı enerji sektorunda əldə olunan razılaşmalar barədə danışıb.

Rusiyanın şərq bölgələrinə təbii qaz nəqli məsələsində həll yolunu tapdığını vurğulayan Tsivilev, Çinlə aparılan danışıqlar nəticəsində enerji sektorunda əhəmiyyətli irəliləyişlərə nail olunduğunu qeyd edib.

Çinlə enerji müqavilələri imzaladıqlarını bildirən Tsivilev, "Çinə hər il cəmi 106 milyard kubmetr qaz tədarük etmək üçün müqavilələr imzaladıq. Bu, Avropaya tədarükümüz üçün əhəmiyyətli bir alternativdir" dedi.