USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Bakıda 32 dərəcə isti olacaq

05.08.2018 İqtisadiyyat
0 0
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim proqnozlaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında 28-33° isti, Bakıda 30-32° isti təşkil edəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə olunur.
Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 32-37° isti, dağlarda isə 22-27° isti təşkil edəcək.

  • Əvvəlki

    Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0