USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Yunanıstana neft ixracı artıb

24.12.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 313,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 590,6 min ton xam neft və neft məhsulları ixrac olunub.

Kommersant.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 169 milyon dollar və ya 2,2 dəfə, həcm baxımından isə 362,5 min ton və ya 2,6 dəfə çoxdur.

Bu müddət ərzində Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin siyahısında 7-ci yerdə qərarlaşıb.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.