USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hyundai" 51 mindən çox avtomobili geri çağırır

24.12.2025 İqtisadiyyat
0 0
"Hyundai" yanğın təhlükəsi səbəbindən ABŞ-də 51 mindən çox avtomobili geri çağırır.

Kommersant.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) naqillərin düzgün quraşdırılmaması nəticəsində qoşqu işıqlarında qısaqapanma baş verməsinin, bunun da yanğın riskini artıra biləcəyini qeyd edib.

NHTSA qeyd edib ki, təhlükə tam aradan qaldırılana qədər avtomobil sahiblərinə nəqliyyat vasitələrini binalardan kənarda və açıq sahələrdə saxlamaları tövsiyə olunur. Dilerlər isə qoşqu naqillərini pulsuz şəkildə dəyişdirəcəklər.