USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

24.12.2025 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Kommersant.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

  • Əvvəlki

    Azərbaycanda əmlak sığortası bazarı 7%-dən çox böyüyüb

Digər xəbərlər