USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın geostasionar peyki Fransa Qvianasındakı kosmodroma çatdırılıb

08.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasındakı kosmodroma (Qviana Kosmik Mərkəzi) çatdırılıb.

"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz “Twitter” səhifəsində məlumat verib. Peykin bu ilin sentyabrında orbitə buraxılması nəzərdə tutulur.
Azərbaycan peyki orbitə “Ariane 5 ECA” raket daşıyıcısı vasitəsilə göndəriləcək. “Azerspace-2/Intelsat 38” ilə yanaşı, “Intelsat” birgə müəssisəsinin “Horizons 3e” və yapon operatorunun
“Sky Perfect JSAT Corp” peykləri də fəzaya buraxılacaq.
“Azerspace-2/Intelsat 38” peyki geostasionar orbitə 45 dərəcə şərq uzunluğu mövqeyindən göndəriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Peykin istehsalçısı “MDA - Space Systems Loral” (SSL) Kanada korporasiyasının törəmə şirkətidir. Bu şirkət kosmik aparatları idarəetmə sistemlərinin də tədarükçüsüdür.
Xatırladaq ki, Azərbaycanın ilk “Azerspace/Africasat-1a” rabitə peyki 2013-cü il fevralın 8-də 46 dərəcə şərq uzunluğu mövqeyindən geostasionar orbitə buraxılıb. Bu peykin buraxılması da “Arianespace” şirkəti tərəfindən Kuru kosmodromundan həyata keçirilib.
Hazırda orbitdə Azərbaycanın iki peyki fəaliyyət göstərir. “Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.

  • Əvvəlki

    Misirdə dünyanın ən böyük günəş elektrik stansiyası tikilir

Digər xəbərlər