USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnnovasiya müsabiqəsinə layihələrin qəbulu davam edir

03.09.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edilib.

İqtisadiyyat Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, nazirlik və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin ASAN könüllüləri ilə maarifləndirmə tədbirləri keçirilib.

İndiyədək müsabiqəyə 70-yə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilərlər.

  • Əvvəlki

    İlham Əliyev: "Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq"

Digər xəbərlər