USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Turizm bazarı milli brendi qəbul etmədi - SƏHV DÜZƏLDİLMƏLİDİR

19.10.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə dünən keçirilən Milli Turizm Sammitində “Yenidən fərqli baxışla bax” ("Take another look") başlıqlı yeni milli turizm brendi təqdim olunub.

"Kommersant.az" xəbər verir ki, yeni loqoda Azərbaycan adının kiçik hərflə yazılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 30 ildən çox turizm sektorunda işləyən peşəkar turist bələdçisi (gid) Balaş Maqsudbəyli də məsələyə etirazını bildirib. O, redaksiyamıza açıqlamasında qeyd edib ki, Vətənin adı kiçik hərflə yazıla bilməz:

"Azərbaycan sözü xüsusi isimdir, heç bir halda kiçik hərflə yazıla bilməz. Məsələyə prezident də müdaxilə etməlidir. Bu, kiçik məsələ deyil. Hansı haqla Vətənimin adını kiçik hərflə yazıblar? Gecəni yatmamışam. Bu nə deməkdir? Bilə-bilə edirlər? Səhv düzəldilməlidir!"

Məsələ ilə bağlı turizm bazarında söz sahibi olan digər mütəxəssislərə də münasibət bildirmələri üçün müraciət etdik. Onlar da demək olar ki, məsələyə eyni prizmadan yanaşdı:

"Amore Travel"in rəhbəri Aynur Hüseynova:

"Ölkə adının kiçik hərflə yazılması qrammatik cəhətdən yanlışdır. Düşünürəm ki, loqo böyük hərflə alınmadığına görə, kiçik yazıblar".

"Atlas Travel"in rəhbəri Abas Süleymanov:

"Dövlət adının kiçik hərflə yazılmasına müsbət yanaşmıram. Heç bir ölkənin turizm brendində ilk hərf kiçik yazılmır".

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə də turizm bazarını narahat edən bu məsələ ilə bağlı redaksiyamıza açıqlama verərək məsələyə aydınlıq gətirdi:

"Biz mövqeyimizi bildirmişik, təqdimat baş tutub. Mən sosial şəbəkələrdə yazılanları niyə şərh etməliyəm?".

"Kommersant.az" olaraq oxucularımıza dünya ölkələrinin turizm brendlərini təqdim etməyi lazım bildik:

  • Əvvəlki

    Kredit həcmi bir həftəyə 12 milyard manat azalıb - TÜRKİYƏDƏ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0