25 dərəcə isti olacaq
                    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Digər xəbərlər
                                    
                                    Gələn il tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar profisit olacaq
                                    
                                    Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir - Hesablama Palatası
                                    
                                    Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib
                                    
                                    Qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 35% artıb - Taleh Kazımov
                                    
                                    Gələn il vətəndaşların maaşından neçə faiz gəlir vergisi tutulacaq? - Nazir açıqladı
                                    
                                    Gələn il üçün Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlara aydınlıq gətirilib
                                    
                                    AzTV-də işçilərin maaşlarından 26 milyon manat qonorar adı ilə rəsmiləşdirilibmiş - RƏSMİ
                                    
                                    
                        









.jpg)













































                








