USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı restoranlarında xəngəl setləri - QİYMƏTLƏR, SİYAHI

26.10.2018 İqtisadiyyat
0 0
Hava şəraitində baş verən dəyişiklik geyimlə bərabər, həm də fəslə uyğun qida dəyişikliyini də şərtləndirir. Hava soyuqdursa, deməli əsl xəngəl havasıdır.

"Kommersant.az" olaraq fəslin qlobal, ictimaiyyətin aktual reallığını, eyni zamanda həftə sonu olduğunu nəzərə alıb, Bakıda fəaliyyət göstərən və xəngəli ilə məşhur olan restoranlardan xəngəl setləri və qiymətləri ilə bağlı məlumat aldıq. Qiymətlər və setlər bir-birindən fərqlənir. Bəs görəsən, bu xəngəl restoranlarında iki nəfərin havanın reallığına uyğun yeyib-içməyi neçəyə başa gələr?

"Xangəl": "Xəngəl setinə gürzə də daxildir"

N.Nərimanov metrostansiyanın çıxışı, daha dəqiq desək, parkın sağ tərəfində yerləşən "Xangəl" restoranı yeni mövsümdə müştərilərinə xəngəli set şəklində təqdim edir. Setə 2 pay qiyməli yarpaq xəngəli, 10 dənə gürcü xəngəli, bir qabda 5 dənə gürzə, təzə salat, turşu assorti, qatıq, acika və limonad daxildir. 2 nəfər üçün nəzərdə tutulmuş bu setin qiyməti 16,90 manatdır.

Restorandan bildirdilər ki, burada qiyməli yarpaq xəngəlinin 1 payı 4 manata, gürcü xəngəlinin bir dənəsi 60 qəpiyə, 1 pay gürzənin qiyməti isə 4 manatdır (1 payda 13 dənə gürzə olur).

Əvvəlcədən rezervasiya etmək istəyənlər 050-432-75-15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

"Xəlgəland": "Setdən əlavə qiyməli yarpaq xəngəlinin 1 payı 5 manatdır"

M.Hüseyn küçəsi 88 ünvanında fəaliyyət göstərən "Xəngəland" restoranı da potensial müştərilərini xəngəl setinə dəvət edir. Setə 2 pay qiyməli yarpaq xəngəli, 10 dənə gürcü xəngəli, turşu assorti, təzə salat, qatıq, acika və limonad daxildir. Bu 2 nəfərlik setin qiyməti 17,90 manatdır.

Restoranın məlumatına görə, burada setdən əlavə qiyməli yarpaq xəngəlinin 1 payı 5 manata, gürcü xəngəlinin 1 dənəsi isə 60 qəpiyə təklif olunur.

Administrator bildirdi ki, indilik sadəcə 1 xəngəl seti təklif olunur. Yaxın zamanlarda qiymətinə və setə aid qidaların çeşid müxtəlifliyinə görə setlərin sayını artıracaqlar.

Əvvəlcədən rezervasiya etmək istəyənlər 055-572-07-97 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

"Faxralı": "2 nəfərlik xəngəl qonaqlığının qiyməti..."

S.S.Axundov 249 A ünvanında yerləşən məşhur "Faxralı" restoranında xəngəl set şəklində, yox ənənəvi qaydada təklif olunur. Qiyməli yarpaq xəngəlinin qatıq ilə birlikdə 1 payının qiyməti böyük və balaca qabda olmasından asılı olaraq dəyişir. Belə ki, böyük qabın qiyməti 5, balaca qabın qiyməti 4 manatdır. Gürcü xəngəli burada da 60 qəpiyə verilir.

Restorandan bildirdilər ki, "Faxralı"da 2 nəfər 2 pay qiyməli yarpaq xəngəli, 10 dənə gürcü xəngəli, turşu assorti, təzə salat, qatıq, acika və limonad sifariş etsə 20-22 manat hesab ödəməli olacaq.

Əvvəlcədən rezervasiya etmək istəyənlər 050-253-17-07 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

44 manata xəngəl "qonaqlığı"

Kiçik qala 15 ünvanında yerləşən "Burc Qala Restaurant"da gürcü xəngəli verilmir. Qiyməli yarpaq xəngəlinin 1 payının "Burc Qala" qiyməti isə 9 manatdır. Xəngəl seti təklif olunmur.

Restoranın məlumatına görə, 2 nəfər 2 pay qiyməli yarpaq xəngəli, 10 dənə gürcü xəngəli, turşu assorti, təzə salat, qatıq, acika və limonad sifariş etsə, nə az, nə çox, 44 manat hesab ödəməli olacaq.