USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ali və Nino”, yoxsa “Libraff”? - MÜQAYİSƏ

30.10.2018 İqtisadiyyat
0 0
“Libraff” mağazasının tikilməsi üçün həqiqətənmi ağaclar kəsilib? Aidiyyatı qurumlar məsələdən xəbərsizdirmi?

"Kommersant.az" bu dəfə şəhərin ən böyük iki kitab mağazası haqda daha geniş məlumat verəcək. Söhbət "Ali və Nino""Libraff" mağazalarından gedir. 2005-ci ildən fəaliyyət göstərən "Ali və Nino" ilə bu il açılışı olan "Libraff"ı müqayisə edərkən maraqlı faktlarla qarşılaşdıq.

Belə ki, "Ali və Nino" kitab-mütaliə həvəskarlarının çoxdankı seçimi olsa da, "Libraff", gəlişi ilə bazarın vəziyyətini dəyişməyə müvəffəq olub. Əvvəlcə sizə qiymətlər haqqında məlumat vermək istəyirik. Yerli nəşrlərin standart qiymətləri hər iki mağazada eynidir. Xarici ədəbiyyata gəldikdə, qiymətlər dəyişə bilir. Amma müqayisəli təhlil aparsaq, "Libraff"da qiymətlər daha ucuzdur. Lakin bunu nəzərə almaq vacibdir ki, "Libraff"ın "TEAS Press" nəşriyyatı var və bu bir kitab mağazası üçün böyük üstünlükdür.

Müqayisəmizin növbəti obyekti mağaza işçiləridir. "Libraff" artıq bu mövzuda ad çıxarıb. Belə ki, apardığımız sorğu zamanı "Libraff"ın işçilərinin hər növ ədəbiyyatdan məlumatlı olması, müştərilərin bütün sorğularını yüksək səviyyədə cavablandıra bilməsi oxucular tərəfindən müsbət hal kimi qiymətləndirilir.

Lakin bu o demək deyil ki, "Ali və Nino"nun işçiləri kitablardan xəbərsizdir. Bu mağazada da sorğularınıza cavab tapmaqda əziyyət çəkməzsiniz.

"Libraff"ın növbəti üstünlüyü mağazalarının rahatlığı, böyüklüyüdür ki, bu da birbaşa maliyyə vəsaitinə bağlı məqamdır. Lakin mağazanın "Facebook" hesabına nəzər yetirdikdə, vətəndaşların bir şikayəti diqqəti çəkir. Belə ki, hər kəs mağazanın Elmlər Akademiyası filialının tikintisi üçün çox sayda ağac kəsildiyini şiddətlə qınayır. Mağaza isə deyilənləri inkar etmir, amma şikayətçiləri məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etməyə səsləyir. Sual yaranır: sözügedən aidiyyatı qurumlar şəhərin mərkəzində belə böyük bir ərazini əhatə edən mağazanın tikintisindən necə xəbərsiz ola bilər?

"Facebook"dan söz düşmüşkək, hər iki mağazanın sosial şəbəkələrdə aktivliyi qənaətbəxşdir.

Son olaraq qeyd edək ki, yazını yazmaqda məqsədimiz, aralarında böyük rəqabət olan mağazaları bir-birinə qarşı qoymaq deyil, bazarı daha da canlandırmaqdır.

  • Əvvəlki

    2009-un "Toyota Camry"si 17 min manata satıldı - HƏRRAC NƏTİCƏLƏRİ

Digər xəbərlər