“Yalama Aqropark” MMC cins damazlıq heyvandarlıq təsərrüfatının ehtiyacları üzrə ölkədə istehsal olunmuş yem məhsullarının tədarükünü ELAN edir
"Kommersant.Az" xəbər verir ki, "Yalama Aqropark" MMC 2018-ci ilin may ayının 10-dan yerli kənd təsərrüfatı məhsulları istehsalçılarından aşağıdakı göstəricilərə cavab verən taxıl və yem bitkilərinin qəbuluna başlayır.
Dənlik arpa üzrə:
Parametr
Arpa (dən)
Nəmlik (faizlə)
maks. 14.5
Dənin naturası, (bir litrlik purkalarda qramla)
650 qr-dan az olmamaqla
Dən qarışığı (faizlə)
5 faizdən çox olmamaqla
Qırılmış dən qarışığı (faizlə)
5 faizdən çox olmamaqla
Alaq otları (zibil) qarışığı (faizlə)
2 faizdən çox olmamaqla
Sürmə ilə sirayətlənmiş dənlər
Qəbul edilmir
Qaba yemlər üzrə:
Parametr
Arpa samanı
Yonca otu
Buğda samanı
1 kipin çəkisi
Minimum 15 kq
Minimum 18 kq
Minimum 15 kq
Tərkibi
Minimum 90 % arpa samanı
Minimum 50 % yonca otu (1-ci biçin), Minimum 90 % yonca otu (2 və 3-cü biçin), Minimum 70 % yonca otu (4-cü biçin)
Minimum 90 % buğda samanı
Nəmlilik (faizlə)
12-14 %
12-14 %
12-14 %
Rəngi
Sarı-qızılı
Sarı-qızılı
Sarı-qızılı
Digər meyarlar
Qaralma və kiflənmə hallarında mal qəbul edilmir
Qaralma və kiflənmə hallarında mal qəbul edilmir
Qaralma və kiflənmə hallarında mal qəbul edilmir
Şərtlər:
1.K/t məhsulların tədarük planı üzrə qəbulu mövsüm dövrü həftənin hər günün saat 08:00-20:00 saatlarında aparılır.
2.Tədarük edilən mallar çəkisi Şirkətin tərəzisi əsasında müəyyənləşdirilir.
3.Malların çəkilməsi və keyfiyyət analizi Satıcının iştirakı ilə aparılır və müvafiq olaraq sənədləşdirilir.
Keyfiyyət göstəricilərinə cavab verməyən mallar qəbul edilməyəcəkdir. Keyfiyyət göstəricilərindən kənarlaşma hallarında Şirkətin keyfiyyətə nəzarət mütəxəssislərinin rəyi əsasında qarşılıqlı razılaşma ilə alış qiymətindən keyfiyyət çatışmazlığı ilə əlaqədar müəyyən çıxılma nəzərə alınmaqla mallar qəbul edilə bilər.
5.Qəbul edilən qaba yemin çəkisi tərəzi üzrə qəbul edilən malın ümumi çəkisinin qəbul edilən kip sayına bölünməsi yolu ilə orta çəki üsulu ilə hesablanır. Qəbul edilən malın orta çəkisi keyfiyyət tələblərində müəyyənləşdirilən çəkiyə uyğun deyilsə, ödəniş keyfiyyət tələblərində göstərilən orta çəki əsasında hesablanaraq ödənilir.
6.Tədarük edilən malların qiyməti mövsüm dövründə bazar araşdırması yolu ilə müəyyənləşdirilir və əvvəlcədən tərəflər arasında qarşılıqlı razılaşma ilə təsdiqlənir.
7.Tədarük edilən malların dəyərinin ödənilməsi müvafiq müqavilə və malların qəbulu üzrə tələb olunan sənədləşmə aparıldıqdan sonra aparılır.
8.Alışın rəsmiləşdirilməsi üçün fiziki şəxslərin şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərin isə müvafiq hüquqi sənədləri təqdim etməsi mütləqdir.
9.Malların dəyəri qarşılıqlı razılaşma əsasında mal qəbul edildiyi gün və ya razılaşdırılmış digər gün həyata keçirilir. Hüquqi şəxslərdən qəbul edilən malların dəyəri köçürmə yolu ilə, fiziki şəxslərdən qəbul edilən malların dəyəri isə köçürmə və ya nağd ödəniş yolu ilə aparıla bilər.