USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Eldar Əzizov hansı şəhər və rayonların icra başcısı olub? - BAKININ YENİ İCRA BAŞÇISI

15.11.2018 İqtisadiyyat
0 0
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Eldar Əzizov kimdir?

"Kommersant.az" xəbər verir ki, E.Əzizov 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonununn birinci katibi vəzifələrində çalışıb, 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Əzizov 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

  • Əvvəlki

    Bakıya icra başçısı təyin edilib

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0