USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya sahəsində inqilabi dəyişiklik olacaq - Nazirdən ŞAD XƏBƏR

27.11.2018 İqtisadiyyat
0 0
Növbəti ildən pensiyaya çıxanların müavinətlərində artım müşahidə ediləcək. Bu, pensiya sahədə atılmış ən böyük addımdır, pensiya sahəsində inqilabi dəyişiklik olacaq. Bir daha xatırladım ki, artım yalnız gələn ildən pensiyaya çıxanlara aid olacaq.

"Kommersant.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, büdcədənkənar vəsaitlər tamamilə silinməyəcək, işçilər sosial sığorta qismində ala biləcək. "Lakin onlar müəyyən faizə vurulmayacaq. Çünki bu, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti deyil. Bu gün bir sıra qurumlarda sıravi işçilər ali rəhbər vəzifələrdəki şəxslərdən yüksək məbləğdə pensiya alır. Ona görə də ədalət prinsipinin bərpası üçün qanunun bu maddəsinə dəyişiklik təklif edilir".

Nazir qeyd edib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək.

Nazir bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq.

Onun sözlərinə görə, gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarının pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

  • Əvvəlki

    Rüşvət almaqda təqsirləndirilən keçmiş FHN əməkdaşı haqqında - QƏRAR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0