Keçən il paytaxtda dizel yanacağının istehsalı çoxalıb.
"Kommersant.az" xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 2018-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 99,5 milyon manat olmaqla əvvəlki illə müqayisədə sabit qiymətlərlə 3 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 60 faiz, avtomobil benzininin istehsalı 2,4 faiz azalıb. Ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,7 faiz, dizel yanacağı istehsalı 3,2 faiz, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22 faiz, neft koksunun istehsalı isə 7,6 faiz çoxalıb.