Hökumət sədrinin müavini: "Altay diyarı SOCAR ilə əməkdaşlıqda maraqlıdır"

21.05.2018 Energetika
Rusiyanın Altay diyarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıqda maraqlıdır.

Bu barədə Azərbaycan beynəlxalq qida sənayesi sərgisi və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Bakıda olan Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov bildirib.

O, bu sərgilərdə Altay diyarının iki güclü neft-kimya zavodunun - "Altayximprom" və "Biysk oleum zavodu"nun iştirak etdiyini xatırladıb.

"Onlar eksklüziv məhsullar istehsal edirlər. "Altayximprom" neft boru kəmərlərində sürüşmə sürtünməsini azaltmaq üçün antiturbulent qurğu istehsal edir. Belə məhsul başqa heç yerdə buraxılmır. Bundan əlavə, deemulqatorlar istehsal olunur. "Biysk oleum zavodu" isə yanacağın keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin "Avro-4" və "Avro-5" səviyyəsinə qədər artırılması üçün setanartırıcı aşqarlar təklif edir. Bu şirkətlərin nümayəndələri ilə SOCAR-ın törəmə şirkət rəsmiləri görüşüblər. Ümid edirik ki, əməkdaşlıq alınacaq", - V.Meşeryakov qeyd edib.

  • Əvvəlki

    İş həyatını dözülməz edən - 15 MÜDİR TİPİ

Digər xəbərlər

14.08.2019 Energetika
“Azəriqaz” bu il 179 binaya qaz verib
0 0
10.08.2019 Energetika
2 kəndə qaz verildi
0 0
10.08.2019 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0