USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” qərb regionunda yenidənqurma işləri aparır

17.05.2019 İqtisadiyyat
0 0
“Azərişıq” qərb regionunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub.

Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) "Aqropark" hava xətti də var. Bildirilib ki, tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan "Ağdam" hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.

Qəsəbə və kəndlərdə yeni KTM-lər quraşdırılıb, dəmir-beton dayaqlar basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 20 min 765 metr məsafədə kabelləşmə işi aparılıb. Cəbhəyanı olan kəndlərdə hazırda yenidənqurma işləri davam etdirilir.

  • Əvvəlki

    İlham Əliyev bu rayonların icra başçısını vəzifəsindən azad etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0