Yaponiya Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı gücləndirmək istəyir

30.05.2018 Energetika
"Azərbaycanla energetika - neft sahəsində əməkdaşlığımız inkişaf edir, amma istəyirik ki, qeyri-neft sektorunda da əməkdaşlığımız güclənsin".

"Kommersant.Az" bildirir ki, bunu açıqlamasında Yaponiyanın Energetika, Sənaye və Ticarət Nazirliyinin rəsmisi Daisaku Hiraki deyib.

O əlavə edib ki, Azərbaycan geosiyasi baxımından çox vacib regionda yerləşir və onun dünyada oynayacağı rol gələcəkdə artacaq: "Vaxtilə dünyada enerji təchizatında vacib rol oynayan Şimal dənizində və Alyaska regionlarında hasilatın həcmi azalıb. Mən inanıram ki, Xəzər dənizi regionu gələcək enerji təchizatında uzunmüddətli rol oynayacaq".