USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meksika Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa başlamaq istəyir

30.05.2018 İqtisadiyyat
0 0
"Beynəlxalq Xəzər Neft və Qaz sərgisi artıq 25-ci dəfə keçirilir və bu regionun dünyanın enerji məkanına uyğunluğunu göstərir".

"Kommersant.Az" bildirir ki, bunu açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

"Sərgi maraqlıdır və geniş iştirakçı kütləsinə malikdir. Orada təkcə neft hasilatı ilə məşğul olan deyil, eyni zamanda neft avadanlığı və xidmətləri təklif edən şirkətlər də iştirak edir", - səfir qeyd edib.

Onun sözlərinə görə, sərgidə Meksika Neft İnstitutunun öz stendi ilə iştirak etməsi vacibdir: "Bu, onu göstərir ki, Meksika artıq burdadır. Hazırda iki ölkə arasında daha çox ticarət və turizm sahəsində əlaqələr mövcuddur. İndi isə növbə neft-qaz sahəsinə çatıb".

  • Əvvəlki

    Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 500 mln. dollardan çox vəsait xərcləyib

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0