"Neft Daşları" yatağında qalıq ehtiyatlar 210 mln ton qiymətləndirilir

05.11.2019 Energetika
Hazırda "Neft Daşları" yatağı üzrə qalıq ehtiyatlar 210 mln ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln ton civarındadır.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə "Neft Daşları"na təşkil olunmuş media-turda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib: "İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər".O, məlumat verib ki, 70 il ərzində "Neft Daşları"nda 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib: "Ötən müddətdə "Neft Daşları" yatağından 176 mln ton neft və 13,6 mlrd kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 mln ton neft hasil edilmişdi ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi. Ümumilikdə "Neft Daşları” NQÇİ-nin istismar etdiyi "Neft Daşları" və "Palçıq Pilpiləsi” yataqlarından indiyədək 186 mln ton neft və 14,3 mlrd kubmetr qaz hasil olunub. Beləliklə, "Neft Daşları" NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib".

İ. Əhmədov bildirib ki, hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. "Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir.

"Neft Daşları" uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35 faizdir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur. Bu gün Neft Daşları "ikinci bahar”ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə "Neft Daşları" NQÇİ üzrə neft hasilatı 20 faiz artaraq, 2018-cü ildə 1 mln tondan artıq olub. NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 mln kubmetr qaz hasil edilib".

  • Əvvəlki

    Dövriyyəyə keyfiyyətsiz şprislər buraxılır? - Nazirlikdən münasibət

Digər xəbərlər

13.11.2019 Energetika
Neft yenidən ucuzlaşıb
0 0
12.11.2019 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
07.11.2019 Energetika
"Azeri Light" nefti ucuzlaşıb
0 0
06.11.2019 Energetika
Neft yenidən ucuzlaşıb
0 0