Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb
"Kommersant" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,14 dollar və ya 0,21% bahalaşaraq 66,24 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,10 dollar və ya 0,13 yüksələrək 76,56 dollar olub.