USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu daha çox dollar satmalı olacaq

12.06.2018 İqtisadiyyat
0 0
2018-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır.

Bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 milyard 966 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 750 milyon manat və 19% çoxdur.

Bundan əvvəl 9 milyard 216 milyon manat köçürmə nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Dövlət Neft Fondu Mərkəzi Bankın valyuta hərraclarında iştirak edir. Satılan vəsaitin qarşılığında əldə edilən Manat vəsaitləri dövlət büdcəsinə köçürülür.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 3 milyard 72 milyon manat vəsait köçürülüb.

Bu, 4 ay ərzində büdcəyə daxil olmuş vəsaitin 46,4%-i deməkdir. Fond proqnoza 108,6% (280,9 mln. manat çox) əməl edib.

Report