"Kommersant.az" xəbər verir ki, ümumi yığıncaq səhər saat 11:00-da qurumun Dərnəgül şossesi 2082-ci məhəllə ünvanında keçiriləcək.
Yığıncağın gündəliyinə iki məsələ daxildir. Onlardan birincisi "Neftmaş-Tikinti"nin istifadəsində olan dövlət mülkiyyətindəki torpaq sahəsinin özəlləşdirilməsi və ya cəmiyyət tərəfindən icarəyə götürülməsinin mümkünlüyü barədədir.
Digər məsələ isə qurumun Nizamnaməsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Cəmiyyətin ləğvinin həyata keçirilməsi ilə bağlıdır.