USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEK ABŞ-ın filialı deyil İRANDAN RƏSMİ AÇIQLAMA

20.06.2018 İqtisadiyyat
0 0
Neft naziri Bijan Namdar Zanqane bildirib ki, Tehran ABŞ-ın OPEK-lə müqaviləsinə qarşı çıxır. Belə ki, İran OPEK-in 23 iyunda yox, 22 iyunda keçiriləcək iclasında iştirak etməyi planlaşdırır

"Kommersant" xəbər verir ki, İranın neft naziri Bijan Namdar Zanqane açıqlamasında bildirib ki, OPEC ABŞ-dan təlimat almaq üçün yaradılmayıb:

"Amerikanın prezidenti düşünür ki, istədiyi vaxt "bunu edin, bunu isə etməyin" deyə əmr verə bilər. O, bazarda çətinliklər yaradır, sanksiyalar tətbiq edir, indi də qiymətləri tənzimləyə biləcəyini düşünür. Bu isə ədalətsizlikdir. OPEK ABŞ-ın filialı deyil. Biz inanırıq ki, dünyəvi neft birjası istismar edilməyəcək və həm istehsalçılar, həm də istehlakçılar qazanacaq".

İran istehsalın məhdudlaşdırılması, yəni istehsalın artmasına qarşı müqavilədə kvotaların yumuşalmasına qarşı çıxan üç ölkədən biridir. Bu təklifi əvvəlcə Rusiya və Səudiyyə Ərəbistanı səsləndirib. Hansı ki, üçüncü rüb ərzində gündə 1,5 milyon barel neft istehsal edib. Onlar neft istehsalına olan tələbatın artması səbəbilə istehsalın artırılmasının yaranmış boşluqları dolduracağına ümid edir və bildirirlər ki, ABŞ-ın İrana qarşı ola biləcək sanksiyaların ixracı məhdudlaşdıra biləcəyini düşünürlər.

  • Əvvəlki

    “E-ticarət nəhəngləri artıq növbəyə düzülüb” - NAZİRDƏN AÇIQLAMA

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0