Dünya birjalarında - NEFTİN QİYMƏTİ

06.08.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb

“Kommersant.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,42 dollar və ya 0,61% bahalaşaraq 68,91 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,30 dollar və ya 0,41 yüksələrək 73,51 dollar olub.