USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən həftə Azərbaycanda qanunsuz yaşayan 159 əcnəbi saxlanılıb

30.07.2019 Hadisə
0 0
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.

"Kommersant.az" xəbər verir ki, onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

Saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-ünün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.