Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 145 min dollar cərimələnib

07.08.2019 Hadisə
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Bakı Şəhər Halqası Əməliyyat Şirkəti barəsində inzibati xəta haqqında protokol tərtib edib.

"Kommersant.az" xəbər verir ki, Palata tərtib etdiyi protokolu baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinərək, 144 min 984 dollar cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib.