USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda güclü yanğın - 70 sakin təxliyə olundu

12.12.2019 Hadisə
0 0
Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

“Kommersant.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.