USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goranboyda iki avtomobil toqquşub, ölən var

11.06.2018 Hadisə
0 0
Goranboyda iki avtomobil toqquşub.

"Kommersant" bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.