USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevir bazarında meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

29.06.2018 Hadisə
0 0
Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.

"Kommersant" bildirir ki, "Report"un Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı bazarda meyvə-tərəvəz almaq istəyən zaman əlindən ilan sancıb.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, ilan bazar ərazisinə hansısa kənd təsərrüfatı məhsulunun qutusunda gəlib.

Faktla bağlı araşdırma aparılır.