USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubadakı hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA

09.07.2018 Hadisə
0 0
"Xəbər saytlarında yayılan ilkin məlumatlar həqiqəti əks etdirmir"

"Kommersant" xəbər verir ki, bunu saytımıza açıqlamasında "Quba Palace" hotelin ictimaiyyətlə əlaqələr şöbəsinin səlahiyyətli nümayəndəsi Ceyhun Yahyayev deyib.

Onun sözlərinə görə, baş verən hadisə qonaqların istirahətinə hər hansı bir şəkildə narahatlıq yaratmayıb. Rəsmi açıqlamanı təqdim edirik:

"Bu ilin iyun ayının 23-dən etibarən "Quba Palace" hotelinin kanat yolunda planlı təmir işləri həyata keçirilir. Təmir işləri kanat yolunun istehsalçısı və quraşdırıcısı "Doppelmayr ⁄ Garaventa" şirkətlər qrupunun rəsmi təmsilçisi olan “Скадо строй монтаж” şirkəti tərəfindən aparılır.

Təmir işləri başlandığı tarixdən etibarən kanat yolunun fəaliyyəti tam dayandırılıb. “Скадо строй монтаж” şirkəti tərəfindən aparılan təmir zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı təmiri həyata keçirən işçilərdən biri həlak olub, iki nəfər yüngül xəsarət alıb.

Bildiririk ki, xəbər saytlarında ilkin verilən məlumatlar həqiqəti əks etdirmir. Təmir işləri hotelin istirahət zonasından tamamilə kənarda aparıldığından, baş verən hadisə qonaqların istirahətinə hər hansı bir şəkildə narahatlıq yaratmayıb. Qonaqların istirahəti təhlükəsiz şəkildə davam edir."