USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yevlaxda piyadanı avtomobil vurub

04.08.2018 Hadisə
0 1
Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Kommersant.az"ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Cəmilli Murad Mətləb oğlu "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.