Daha bir süpürgəçini avtobus vuraraq öldürdü

08.11.2018 Hadisə
Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.

“Kommersant.az”ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib.

Report

VTB