USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsində 7% artım müşahidə edilib

03.05.2019 Bank
0 0
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,7 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 35,6% artaraq 70,9 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərinin məbləği isə 42,9% azalaraq 20 milyon manata düşüb.

Ötən ilin I rübündə İKZF-ə dövlət büdcəsindən 50 milyon manat ayrılsa da, bu ilin I rübündə Fond büdcədən vəsait almayıb.