USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!

05.11.2019 İqtisadiyyat
0 0
Hər zaman Azərbaycan xalqının adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” sosial media istifadəçilərinə Göyçayda keçiriləcək ənənəvi Nar Festivalında iştirak etmək imkanı verir. Belə ki, mobil operator sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Suallar “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrinin hekayə bölümündə paylaşılacaq. Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayıb və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.

"Kommersant.az" xəbər verir ki, verilən məntiqi tapşırığı düzgün cavablandıran 10 nəfər "Nar" əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i "Facebook" , 5-i isə "İnstagram" istifadəçiləri arasından seçiləcək.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.

"Nar" kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir

  • Əvvəlki

    Dolların bu günə olan məzənnəsi

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0