USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Google elektron ticarətdə rəqiblərindən geri qalır

03.08.2020 İqtisadiyyat
0 0
Google -un reklam gəlirləri ikinci rübdə 8% azaldığı üçün, əsas şirkət Alphabet-in ümumi gəliri ilk dəfə olaraq aşağı düşüb. Facebook satışlarını 11 faiz, Amazon.com satışlarını 40 faiz artırıb.

Covid-19 pandemiyası e-ticarət bumuna səbəb olub. Lakin, Google digər texnoloji nəhənglərlə müqayisədə bu istiqamətdən yararlana bilmir.

Bu rəqəmlər göstərir ki, Google onlayn axtarışdakı üstünlüyünü elektron ticarət qazancına çevirməkdə çətinlik çəkir. Cümə günü Google şirkətinin səhmləri 3 faiz ucuzlaşıb,Amazon 4 faiz, Facebook 8 faiz yüksəlib.

Google dünyanın ən böyük axtarış motoruna sahib olsa da, ABŞ istehlakçıları daha çox şey almaq üçün Amazon-a baxırlar. Facebookun İnstaqram tətbiqi ciddi şəkildə onlayn alış-verişə yönəlib və Facebook özü bu yaxınlarda böyük bir elektron ticarət təşəbbüsü elan edib.

Google-un reklam fəaliyyətlərinə turizm sənayesinin və pandemiya zamanı ənənəvi pərakəndə satışçıların vəziyyəti mənfi təsir göstərdi. İnternet nəhəngi isə, bu vəziyyətdən xəbərdardır. CEO Sundar Pichai, cümə axşamı bir analitik iclasında şirkətin e-ticarət təşəbbüslərini dəfələrlə qeyd edib.