Bu gündən SMS icazə ləğv edildi

05.08.2020 İKT
2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

"Kommersant.az" xəbər verir ki, bu, Operativ Qərargah məlumatında əks olunub.